525.Az

Pakistanda güclü yağış: 17 ölü, 23 yaralı


 

Pakistanda güclü yağış: <b style="color:red">17 ölü, 23 yaralı</b>

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində bəzi evlərin damının uçması, bəzi evlərin isə torpaq altında qalması nəticəsində 17 nəfərin öldüyü, 23 nəfərin yaralandığı açıqlanıb.

525.az “The Tribune” qəzetinin yazdığına istinadən xəbər verir ki, Hayber Paxtunxva əyalətinin bəzi bölgələrində, xüsusilə Pişəvər, Aşağı Dir və Bacaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.

Axtarış-xilasetmə qrupları əyalətdə 17 nəfərin həyatını itirdiyini, 23 nəfərin isə yaralandığını açıqlayıb.

Səlahiyyətlilər yaralıların müalicə altına alındığı barədə məlumat paylaşıblar.

Digər tərəfdən, mənfi hava şəraiti ölkənin əksər bölgələrində, o cümlədən Lahor, Bəlucistan, Kəraçi və şimaldakı dağlıq bölgələrdə təsirli olub.

Kəraçidə səlahiyyətlilər leysan yağışlar səbəbindən "fövqəladə vəziyyət" elan edərkən, leysan Lahorun bəzi bölgələrində həyata mənfi təsir göstərib.

Qeyd edək ki, Bəlucistan əyalətində bəzi sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.

Malik Atilay

 





04.03.2024    çap et  çap et