525.Az

Haitidə 3600 məhbus həbsxanadan qaçdı


 

Haitidə 3600 məhbus həbsxanadan qaçdı<b style="color:red"></b>

Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində 3600 məhbus qaçıb, 12 məhbus həyatını itirib.

525.az xəbər verir ki, paytaxt Port-au-Prinsdəki Croix des Bouquets həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub. Münaqişə zamanı 3600 məhbus həbsxanadan qaçıb, 12 nəfər isə həyatını itirib.

Haiti hökumətindən verilən açıqlamada cinayət təşkilatlarının səhər saatlarında həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.

Məhəmməd Tağıyev

 





04.03.2024    çap et  çap et