525.Az

ABŞ-də evə silahlı hücum: 4 ölü


 

ABŞ-də evə silahlı hücum: <b style="color:red">4 ölü</b>

ABŞ-nin Kaliforniya ştatında maskalı silahlı basqınçıların bir evin bağçasında təşkil edilən şənliyə hücum edərək atəş açması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

525.az xəbər verir ki, Kinq Siti Polis İdarəsindən verilən açıqlamada dünən yerli vaxtla saat 18:00 radələrində silahlı hücum xəbərinin alındığı bildirilib.

Açıqlamada 3 maskalı şəxsin bir evin bağçasında keçirilən şənliyə basqın etdiyi və camaata atəş açaraq 4 nəfəri öldürdüyü bildirilib.

Qeyd edək ki, hücumda yaralanan 3 nəfərin xəstəxanaya aparıldığı, şəxsiyyəti məlum olmayan hücumçuların avtomobilləri ilə hadisə yerindən qaçdığı bildirilib.

Məhəmməd Tağıyev

 





04.03.2024    çap et  çap et