525.Az

"Açdım pəncərəmi son bahara mən..."


 

"Açdım pəncərəmi son bahara mən..."<b style="color:red"></b>

Bu da üçüncü kitab. Bu da üçüncü görüş. Bu da könül pıçıltılarının vərəq üzərindəki üçüncü inikası...


"
Dünya qəmli nağıl imiş", "Yağışlı bir gün" "Ömür pillə-pillədir". Hər üç kitabın müəllifi Caviddir. Cavid Qəmbər oğlu Qurbanov. Bu üç kitab son illər yaransa da,  əslində müəllifin bütün yaşamını, sevincini, kədərini, böyük bir nəslin keçdiyi keşməkeşli həyat yolunu ehtiva edir. Bu kitablarda yer alan şeirlər, eləcə söz xatirinə, həvəs xatirinə yazılmayıb, hər birinin arxasında, hər sətrində müəllifin  şəxsiyyəti, düşüncəsi, xarakteri, həyata baxışı dayanır. Əlbəttə ki, əgər şeirin müəllifi sadəcə şeir yazmırsa, ictimai siyasi yük daşıyan bir şəxsdirsə, tanınmış bir soy-kökün davamçısıdırsa, o zaman bu sətirlərin altına atılan  imzanın cavabdehliyi, məsuliyyəti bir o qədər böyük olur. Çünki oxucu onu  şairlikdən əvvəl, siyasətçi kimi dəyərləndirir yazdıqlarına da həmin prizmadan baxır, təhlil edir, bəyənir ya tənqid edir. Bəlkə elə buna görədir yaxud fitrətən gələn istedaddandır ki, Cavidin yazdıqları gerçək şeirlərdir, yaratdıqları realist poeziyadır.


Cavid
, babasıyla söhbət edəndə :


Yuxumda
səninlə danışıram mən,

Yenə asta-asta gülürsən, baba

Ayılıb görürəm həyatda yoxsan,

Sanki ürəyimi dəlirsən, baba.

 

Sənsiz qəribsəyib, sazda tel ağlar,

Dağda çiçək ağlar, bağda gül ağlar.

İndi gözümüzdən axır bulaqlar,

Yurdun viran qalıb, bilirsən, baba?!


Arzularıyla
baş-başa qalanda da:


Bir
ürək istəyirəm-

Sevinməsin gərəksiz:

Köməksizə əl tutsun-

Çörək dərdi çəkənlər

Heç qalmasın çörəksiz.


Qürbətdə
vətəni xatırlayanda da:


Ey
ana Vətənim, Azərbaycanım,

Atıldım qoynundan kənara yenə.

Özgə torpaqlarda bir inandım

Heç yer çata bilməz sənin hüsnünə.


Dünyanın
gərdişinə etiraz edəndə :


Açdım
pəncərəmi son bahara mən,

Havadan payızın qoxusu gəlir.

Ömür belədir-cavanlıq gedir,

Qarşıdan qocalıq qorxusu gəlir.


Ömrümüz
-günümüz durna qatarı

Dağıtma bu qərib qatarı, dünya.

Gəlimli, gedimli dedilər sənə -

Vəfan ötəridir, ötəri, dünya.


Ömrü
qəfil qırılan ömür gün yoldaşıyla dərdləşəndə :


Bilmirəm
,neyləyim bu ayrılığa,

işlə başımı qatım,bilmirəm.

Sənsiz bir boşluq var mənə həyatda,

Hansı rahatlıqla yatım,bilmirəm.

 

Sənsiz içimizdə bir can yanğısı,

Şəmşiri bir kimsə ovuda bilmir.

Nigarın qəlbində Ana ağrısı,

Bu dərdi,ağrını unuda bilmir.


Taleyinə
, həyatına öz  varlığıyla yeni səadət payı gətirən Leylasına can atanda da:


Tale
üzə gülsə dönərəm geri,

Ahım parçalayar,yandırar yeri.

Mən səndən ayrılıb gedəndən bəri

Bilmirəm tək necə dolanmısan sən?!

 

Hərdən şair olub,yazmağım da var,

Sözü zarafatla yozmağım da var.

Vüsal dumanında azmağım da var,

Ağlımı aparan Leylammısan sən?!

 

- səmimidir, olduğu kimidir, riyadan yalandan uzaqdır Cavid.


Şeirləri
oxuduqca təəccüblənirəm. Xüsusilə son kitabında toplanan şeirlərdə cərəyan edən əhval-ruhiyyə bu şeirlərin tarixinin ən az on beş-iyirmi il əvvələ  gedib çıxdığını ortaya qoyur. Elə təəccübümün səbəbi budur. Açığı mən yaşadığı böyük həyat kədərinin, qarşılaşdığı sonsuz üzüntünün ona sətirlər diktə etdiyini, acısını  unutmaq üçün qələmə sarıldığını
düşünmüşdüm
əvvəllər. Sən demə yanılırmışam.Cavid dünyanı dərk etməyə başlayandan, hələ gənc yaşlarından yazıb.

Ulu
babası Aşıq Qurban kimi, babası Dədə Şəmşir kimi, atası Qənbər Şəmşiroğlu kimi. Sadəcə həddindən artıq təvazökarlığı, bu mənəm, mən varam iddialarından uzaq olması ona bu sətirləri, yazıldığı divarların əhatəsindən kənara çıxarmağa imkan verməyib.


Cavidin
yaradıcılığına dərindən bələd olmayanlar, onu bəlkə sırf məhəbbət şairi, qəm dostu kimi dəyərləndirə bilərlər. Lakin bu heç belə deyil. Onun şeirlərinə nüfuz etdikcə anlayırsan ki, qarşında həqiqi bir Vətən aşiqi, torpaq, yurd sevdalısı var.


Hələ
1999-cu ildə qələmə aldığı"Hardan alım?" adlı şeirində vətənsiz yaşamağın faciəsini böyük bir ustalıqla oxucuya çatdırır. Sanki şeir yazmır, Vətənə ağı deyir:


Altı
ildi tarimar, altı ildi vətənsiz,

Həsrətini çəkdiyim havanı hardan alım?!

Namərd şeytan əliylə yolumuzu bağladı,

O isti od-ocağı,yuvanı hardan alım?!

 

Obamız,oymağımız,yaylağımız hanı bəs?!

Gözlərində buz donan bulağımız hanı bəs?!

Gözəllər seyrangahı oylağımız hanı bəs?!

Müqəddəslər yazdığı duanı hardan alım?!


Eyni
əhval-ruhiyyə, yurd həsrəti, torpaq sevgisi "Dağlar bizim dağlar deyil"şeirində çox sadə eyni zamanda rəvan bir dillə, əsl aşıq qopuzundan qopan gəraylı kimi oxucuya çatdırılır:


Bu
dağların dili başqa,
Çəmənində
gülü başqa.

Bu dağların eli başqa-

Dağlar bizim dağlar deyil.

 

Biz yolçuyuq,ömür yoldu

Cavanlığım orda qaldı.

Gec anladım,gözüm doldu-

Dağlar bizim dağlar deyil.


Cavidin
şeirlərinə xas olan həzin romantik  lirikayla birlikdə, bu şeirlərdə həm sətiraltı sarkazm da özünü göstərir.

Müəllif
, Sabiranə gedişlər edərək, yaratdığı lirik qəhrəmanın diliylə konkret bir məfhuma gülür. "Baş var ki" şeirində olduğu kimi:


Bədəndən
yuxarı dayansa da baş,

Bəzən baş olduğun başa düşməyib.

Baş var ki,üstündən adlayıb illər,

Baş yox,boş olduğun başa düşməyib.

 

Baş var,bər-bəzəkdi papaq altında,

Bir kimsə baş açmaz özündən başqa.

İnsan baş qoşanda belə başlara

Çarəsi qalmayır dözümdən başqa.


Haqqın
nahaqqa satılmasına,  ədalət mizanının itib getməsinə dözə bilməyərək "haçan olar namərdindən kişi çox" sualıyla hələ 1993- ildə qələmə aldığı "Vətən, ox"şeirində deyir:


Məəttələm
Yaradanın işinə-

Qeyrətsizlər necə döyür döşünə?!

Yaddan çıxıb kişilik ,kişi ,

Haçan olar namərdindən kişi çox?..

 

Tufan qopdu, çadır qaldı çətənsiz,

Ruha dönüb dolaşırıq bədənsiz,

Oba köçdü, ellər qaldı Vətənsiz,

Dilim gəlmir deyim, yoxsan,Vətən!Ox!..


Yaradıcılığı
yeni kitabı haqqında qısaca da olsa nələrisə söyləməyə çalışdığımız bu kiçik yazının sonunu, oxucuda Cavidin şəxsiyyəti, insanlığı haqqında  dolğun təsəvvür  yarada biləcək "Olmasa" şeiriylə bitirir daha əvvəlki məqalələrimizdə olduğu kimi, adətimizə xilaf  çıxmadan dəyərli poeziyasevərləri yenə şairin dünyası ilə baş-başa buraxır, əziz qardaşımızı isə doğum günü münasibətilə təbrik edərək, ona bol uğur diləyirik.


Ey
dostum,torpaqda yatan sərvətin

xeyri yerini bilən olmasa.

De,kimə lazımdı varın-dövlətin

Qapına bir nəfər gələn olmasa.

 

Namərdin aşına əlini vurma,

Sənə əl açanın qəlbini qırma,

O kəslə əylənib,o kəslə durma-

Duz-çörək qədrini bilən olmasa.

 

Yaxşılıq daşından bir saray yarat,

Dara düşənlərin imdadına çat,

Ay Cavid, lazım, de,belə həyat

Gözünün yaşını silən olmasa.

 

***

CAVİD

 

BİR ÜRƏK İSTƏYİRƏM

 

Bir ürək istəyirəm -

zirvələrdən çəkilib

ətəklərə enməsin.

 

Bir ürək istəyirəm, -

əhdinə sadiq qalsın,

sədaqətdən dönməsin.

 

Bir ürək istəyirəm, -

Hər soyuqdan qorxmasın.

Hər alov bu ürəyi

Yandırmasın, yaxmasın.

 

Bir ürək istəyirəm -

oduna, alovuna

El-obası qızınsın.

 

Bir ürək istəyirəm -

axsa, tökülsə qanı

Yerdə "Vətən" yazılsın!

 

Bir ürək istəyirəm -

güllərdən ilham alsın.

Buzu, qarı əridib

qış günü bağça salsın.

 

Bir ürək istəyirəm -

Sevinməsin gərəksiz;

Köməksizə əl tutsun -

Çörək dərdi çəkənlər

Heç qalmasın çörəksiz.

 

Bir ürək istəyirəm -

xalqına gərək olsun.

 

Bir ürək istəyirəm -

Belə bir ürək olsun!

 

ÖMÜR PİLLƏ-PİLLƏDİR

 

Gözlərimdən damla düşdü,

Yandırdımı yeri görən?!

Ömür damla kimidir -

Qayıdarmı geri görən?!

 

Bizim alın yazımızdır

Bu həyatın hər nəyi var.

Ömür bənzər pillələrə -

Çıxmağı var, düşməyi var.

Kimin ağlı yerindəsə

Öz ömrünü başa düşər.

Kimin bəxti yeyin olsa

Zəri yekdən şeşə düşər.

 

Pillələri addım-addım

Qalxanda biz, düşəndə biz,

Gah güldürür, gah ağladır -

Fərəhimiz, kədərimiz.

 

Əyri olan bu dünyada

Çətin imiş düz yaşamaq...

Ağrı-acı yeyə-yeyə

Nəyə lazım yüz yaşamaq.

 

Əyri olan bu dünyada

Rəbbim, mənə düzlüyü ver.

Ürəkləri oxumağa

Bir bəsirət gözlüyü ver.

 

Ruhumdadır, Allah, eşqin,

Sənə fəda bir canım var.

Pillələri çıxdım, düşdüm,

Üzü sənə şükranım var.

 

FƏLƏK

 

Sevgilimin vüsalına

Məni həsrət qoyan fələk.

Sən yaman qan edirsən,

Bircə anlıq dayan, fələk!

 

İtirmisən haqqı-sayi,

Bir bilmisən qışı, yayı.

Gedənlərin yoxdu sayı,

Cavanlara qıyan fələk!

Uçurumlar düzəldən - sən,

Yapışmazsan düz əldən sən.

Naxələfsən əzəldən sən,

Belə tutub mayan, fələk!

 

Ürəyimin çoxdu qəmi,

Qırıldı qəlbimin simi.

Bu Cavidin özü kimi

Alış, odlan, bir yan, fələk!

 

ÖTƏRİ DÜNYA

 

Açdım pəncərəmi, baxdım səmaya,

Havadan payızın nəfəsi gəlir.

Gözəl olsalar da vəfasız olan

Köçəri quşların nəğməsi gəlir.


Həyəcan
içində, təlaş içində

Çiçəklər payızdan qışa baxırlar,

Yoxsa bilirlər ki, dünya fanidir,

Yoxsa bilirlər ki, əvvəl-axır var...

 

Dünya oyunçudur - fiqurları biz;

Kimisi yıxılır, kimisi durur.

Kiməsə xoşbəxtlik açarı verir,

Kiməsə hörümşək torunu qurur.

 

Açdım pəncərəmi son bahara mən,

Havadan payızın qoxusu gəlir.

Ömür belədir - cavanlıq gedir,

Qarşıdan qocalıq qorxusu gəlir.

 

Ömrümüz-günümüz durna qatarı,

Dağıtma bu qərib qatarı, dünya.

Gəlimli, gedimli dedilər sənə -

Vəfan ötəridir, ötəri dünya.

 

PAYIZ GƏLDİ

 

Payız - təbiətin sarışın qızı,

Gətirib gəlmisən bərəkət, ruzi.

Havan gah mülayim, gah da ki, soyuq,

Qarşıdan qış gəlir - salırsan duyuq.


Solan
yarpaqları ovundurursan,

Yaşıl ağacları soyundurursan.

Yarpaq xəzəl olub hey xışıldayır,

Ağacdan ayrılıb qəm pıçıldayır.


Ana
təbiətin dərdi gör nədir?!

Ayrılıq həmişə qəlbi göynədir...

Yenə ümid qalır yalnız Allaha,

Baharı gətirən nurlu sabaha.


Hər
canlı yaşayır öz arzusuyla,

Yaşayaq payızda yaz arzusuyla.

 

SEVGİLİM

 

Dəyişib fəsillər yerini sanki -

Yetişmir bağların barı, sevgilim.

Sənsiz xəyalımı duman alıbdı,

Ərimir dağların qarı, sevgilim.

 

Sənli günlərimi varaqlayıram,

Ötən xoşbəxtliyi soraqlayıram,

Sənsiz için-için hey ağlayıram,

Sozalıb gözümün nuru, sevgilim.

 

Bəxtimin baharı qış olub getdi,

Sevincim qanadlı quş olub getdi,

Sankı ulduzlara qoşulub getdi

Ömrümün sən adlı varı, sevgilim.

 





18.09.2014    çap et  çap et