525.Az

Aİ "Apple"ı 1,8 milyard dollar cərimələyib


 

Aİ "Apple"ı 1,8 milyard dollar cərimələyib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ABŞ-nin "Apple" şirkətini musiqi proqramlarının yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə 1,8 milyard avro cərimələyib.

525.az xəbər verir ki, Aİ Komissiyası "Apple"ın "AppStore" vasitəsilə "iPhone" və "iPad" istifadəçilərinə musiqi axını proqramlarının paylanması bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə cərimələndiyini açıqlayıb.

Açıqlamada "Apple"ın proqram tərtibatçılarının alternativ və daha ucuz musiqi abunə xidmətləri haqqında məlumat verməsinə maneə törədən məhdudiyyətlər qoyduğu aşkar edilib və bunun Aİ qaydalarına zidd olduğu qeyd edilib.

Məhəmməd Tağıyev

 





04.03.2024    çap et  çap et