525.Az

Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb


 

Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb<b style="color:red"></b>

ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadıb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Söhbət 21 fevral 2022-ci ildə hazırkı administrasiya, 20 sentyabr 2018-ci ildə Donald Tramp administrasiyası və 6 mart, 16 mart tarixlərində ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyasının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən gedir.

Sənədə əsasən bu sanksiyalar 6 mart 2024-cü ildən sonra daha bir il qüvvədə qalacaq.

 





04.03.2024    çap et  çap et