|
|
|
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Müşviqabad qəsəbəsində 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
525.az-a FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2012-ci il təvəllüdlü S.Məhərrəmlini xilas edərək ailə üzvlərinə təhvil veriblər.