525.Az

Azərbaycandakı kino ittifaqları birləşib - Rasim Balayev sədr seçilib


 

Azərbaycandakı kino ittifaqları birləşib - <b style="color:red"> Rasim Balayev sədr seçilib</b>

Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.

Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.

Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.

Onun sədrliyi təsdiq edilib.

 





05.03.2024    çap et  çap et