Norveç kralı V Harald tətildə olarkən infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyi Malayziyadan vətəninə qayıdıb.
525.az xəbər verir ki, bu barədə kral sarayının saytında məlumat verilib.
"Əlahəzrət bu axşam Norveçə gəldi", - açıqlamada deyilir.
Uçuşun uğurlu keçdiyi, kralın səhhətinin yaxşılaşdığı qeyd edilir. Monarx müayinə və istirahət üçün daha bir neçə gün Norveç xəstəxanasında qalacaq.
Qeyd edək ki, Norveç kralı fevralın 27-də Malayziyada tətildə olarkən xəstəxanaya yerləşdirilmişdi.
Havar Şəfiyeva
çap et