https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg MƏŞƏLLƏRİ YANAR GÖRMƏK İSTƏYƏNLƏRƏ EHTİYACIMIZ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2025-03/347519_iuu8y435iv.jpg "Məndən olsaydı, o teatrı bağlayardım"
https://525.az/img/pics/medium/2025-03/347587_l7nsty0pzu.jpg “Mən Quba torpağını Kəbədən az istəmirəm”
https://525.az/img/pics/medium/2025-03/346721_uk5m8e3xyq.jpg Hisslər labirinti - Rəvan Cavid yazır
search
27 Mart 2025
26 Mart 2025

Metro "Qarabağ" - "Bayer" oyununa görə 01:00-dək işləyəcək

Metro "Qarabağ" - "Bayer" oyununa görə 01:00-dək işləyəcək

“Bakı Metropoliteni” QSC martın 7-də Avropa Liqasının 1/8 finalının "Qarabağ" - "Bayer" (Almaniya) oyununa görə gücləndirilmiş iş rejimində çalışacaq.

525.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubun müraciəti və bu oyuna Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda matçı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 7-dən 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – Bayer” oyunu saat 21:45-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.