525.Az

ABŞ-də silahlı hücum - 4 ölü


 

ABŞ-də silahlı hücum - <b style="color:red">4 ölü</b>

ABŞ-nin Kaliforniya ştatında maskalı silahlı şəxslərin bir evin bağçasında keçirilən şənliyə soxularaq atəş açması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, King Şəhər Polis İdarəsindən verilən açıqlamada dünən yerli vaxtla saat 18:00 radələrində silahlı hücum xəbərinin daxil olduğu bildirilib.

Açıqlamada 3 maskalı cinayətkarın bir evin bağçasında keçirilən şənliyə basqın edərək camaata atəş açaraq 4 nəfəri öldürdüyü bildirilib.

Hücumda yaralanan 3 nəfərin xəstəxanaya aparıldığı, şəxsiyyəti məlum olmayan silahlıların avtomobilləri ilə hadisə yerindən qaçdığı vurğulanıb.

Qeyd edək ki, hücumla bağlı istintaq başladılıb.

Malik Atilay

 





05.03.2024    çap et  çap et