NATO əsgərləri və hərbi texnikası Polşada təlimlər zamanı Pomeraniya Voyevodalığının Vistula çayını keçir.
525.az xəbər verir ki, bu barədə Polşanın "PAP" agentliyi məlumat yayıb.
"Bazar ertəsi Vistula boyunca sol sahildən sağa, yəni Opalen kəndindən Korjenevo kəndinə üç bərə xətti ilə keçid həyata keçirilib", - deyə Polşa Silahlı Qüvvələrin komandanı, polkovnik-leytenant Marek Pavlak bildirib.
O əlavə edib ki, təlim körpülərdən istifadə etmədən onlarla zirehli texnikanın və bir neçə yüz əsgərin daşınmasından ibarət olub.
Komandanın sözlərinə görə, keçid ümumilikdə üç gün davam edəcək, manevrlər zamanı Şimali Atlantika Alyansının 3,5 mindən çox əsgəri və minlərlə texnikası çayı keçəcək.
Havar Şəfiyeva
çap et