ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrail hökumətinə Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və yerli əhaliyə humanitar yardımı artırmaq çağırışlarını gücləndirib.
525.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.
“Həm Bayden, həm də vitse-prezident Harris son günlər “dərhal” atəşkəsə çağırıb”, – deyə nəşr qeyd edir.
Bildirilib ki, Fələstin münaqişəsinin gedişi və xüsusən də humanitar yardımın anklavda paylanmasının xarakteri ilə bağlı iki ölkənin rəsmiləri arasında ziddiyyətlər artmaqdadır.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri döyüşçülərinin Qəzzada humanitar yardım paylama məntəqəsinə hücum etməsi ilə bağlı xəbərləri təkzib etmişdi.
Havar Şəfiyeva
çap et