ABŞ-nin İsraildəki səfirliyinin əməkdaşı Qüdsdəki mənzilində ölü tapılıb.
525.az xəbər verir ki, ABŞ-nin İsraildəki səfirliyinin əməkdaşı dünyasını dəyişib. Səfirlik sözçüsü açıqlamasında ABŞ personalının həyatını itirdiyini təsdiqləyib, lakin hadisə ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Sözçü həyatını itirən şəxsin ABŞ səfiri Cek Lyu olmadığını bildirib və hər hansı bir zərərli hərəkətdən şübhələnmədiklərini deyib.
Məhəmməd Tağıyev
çap et