525.Az

ABŞ-də kiçik təyyarə magistral yolun yaxınlığında qəzaya uğrayıb


 

ABŞ-də kiçik təyyarə magistral yolun yaxınlığında qəzaya uğrayıb<b style="color:red"></b>

ABŞ-nin Tennessi ştatında kiçik təyyarənin magistral yolun yaxınlığında qəzaya uğraması nəticəsində beş ekipaj üzvünün hamısının həlak olduğu bildirilib.

525.az xəbər verir ki, Neşvill Polisi verdiyi açıqlamada kiçik tək mühərrikli təyyarənin magistral yolun yaxınlığında qəzaya uğradığını bildirib. Polis Neşvill şəhərində hava limanından təxminən 4,8 kilometr cənubda baş verən qəzada təyyarədəki bütün ekipaj üzvünün öldüyünü açıqlayıb.

Polis həmçinin təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat ala bilmədiklərini və qəza yerində araşdırmaların davam etdiyini bildirib.

Qeyd edək ki, nəqliyyat rəsmiləri magistralın müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlandığını açıqlayıb.

Məhəmməd Tağıyev

 





05.03.2024    çap et  çap et