ABŞ Ali Məhkəməsi Texas ştatında polisə Meksika sərhədindən ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantları həbs etmək səlahiyyəti verən qanunu müvəqqəti olaraq dayandırıb.
525.az xəbər verir ki, ABŞ Ali Məhkəməsinin hakimi Samuel Alito qanunu martın 13-dək dayandırmaq qərarına gəlib. Alito öz qərarında Texas ştatının rəsmilərinin məhkəməyə öz arqumentlərini təqdim etmək üçün 11 mart bazar ertəsi gününə qədər vaxt verdiyini bildirib.
Qeyd edək ki, yerli hakimlərə qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması ilə bağlı qərar vermək səlahiyyətini də verən qanunun bu gündən qüvvəyə minməsi planlaşdırılırdı.

Məhəmməd Tağıyev
çap et