525.Az

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır


 

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır<b style="color:red"></b>

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov Rusiya və Çinin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırdığını bildirib.

525.az xəbər verir ki, Borisov Moskvada keçirilən tədbirdəki çıxışında, Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib. Çinlə birlikdə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını bildirən Borisov: "Çinli həmkarlarımızla 2033-2035-ci illərdə Ay səthində nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk", - deyib.

Qeyd edək ki, Borisov sözügedən qurğunun robot texnologiyalarından istifadə etməklə tikilməli olacağını vurğulayıb.

Məhəmməd Tağıyev

 





05.03.2024    çap et  çap et