525.Az

ABŞ-də anbarda partlayış: 1 ölü


 

ABŞ-də anbarda partlayış: <b style="color:red">1 ölü</b>

ABŞ-də bir anbarda baş verən partlayışda ətrafa səpələnmiş dağıntı parçaları təxminən 400 metr uzağa səpələnərək 1 nəfərin ölümünə səbəb olub.

525.az xəbər verir ki, ABŞ-nin Miçiqan ştatının Detroit şəhərində "Select Distributors" adlı şirkətə məxsus anbarda çoxsaylı partlayışlar baş verib. Partlayışlar nəticəsində dağıntı parçaları obyektdən təqribən 2 kilometr uzaqlıqdakı əraziyə yayılıb və obyektdən təxminən 400 metr aralıda uçan dağıntı parçası 19 yaşlı gəncin ölümünə səbəb olub.

Partlayışlardan sonra yanğının baş verdiyi obyektə çox sayda yanğınsöndürmə briqadası göndərilib. Polis əhalidən ərazidən uzaq durmağı xahiş edib.

Qeyd edək ki, partlayış nəticəsində 1 polis və yanğınsöndürən maşınına ziyan dəyib.

Məhəmməd Tağıyev

 





05.03.2024    çap et  çap et