525.Az

Çexiya Prezidenti Qərb qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab edir


 

Çexiya Prezidenti Qərb qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab edir<b style="color:red"></b>

Çexiya Prezidenti Petr Pavel xarici hərbçilərin Ukraynaya göndərilməsini mümkün hesab edir.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Petr Pavel əlavə edib ki, Avropa liderləri Kiyevə yardım məsələsində özlərini məhdudlaşdırmamalıdırlar. Onun sözlərinə görə, onların öz dəstək vasitələrini seçmək hüququ var.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib. Lakin onun sözləri digər Qərb liderləri tərəfindən təkzib edilib.

 





05.03.2024    çap et  çap et