525.Az

Malavidə daşqınlar və torpaq sürüşmələri: 6 ölü


 

Malavidə daşqınlar və torpaq sürüşmələri: <b style="color:red">6 ölü</b>

Cənubi Afrika ölkəsi Malavidə daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Malavi Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada ölkənin Nxotakota bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfərin öldüyü açıqlanıb.

Açıqlamada seldən zərər çəkmiş rayonun infrastrukturuna ciddi ziyan dəydiyi və rayona avtomobil nəqliyyatının təmin olunmadığı bildirilib.

Qeyd edək ki, təbii fəlakətdən təxminən 14 min insan zərər çəkib və köçkün vətəndaşlar düşərgə ərazilərinə göndərilib.

Malik Atilay

 





06.03.2024    çap et  çap et