525.Az

Venesuelada prezident seçkilərinin tarixi açıqlandı


 

Venesuelada prezident seçkilərinin tarixi <b style="color:red">açıqlandı</b>

Cənubi Amerika ölkəsi Venesuelada prezident seçkilərinin tarixi açıqlanıb

525.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela Milli Seçki Şurasının (CNE) prezidenti Elvis Amoroso keçirdiyi mətbuat konfransında yekdilliklə prezident seçkilərinin iyulun 28-də keçirilməsinə qərar verdiklərini açıqlayıb.

Namizədlik üçün müraciətlərin 21-25 mart tarixləri arasında edilə biləcəyini bildirən Amoroso, seçki kampaniyasının 4-25 iyul tarixləri arasında aparılacağını bildirib.

Rəsmi olaraq açıqlanmasa da, hakim partiyanın namizədinin hazırkı prezident Nikolas Maduro olacağı dəqiqdir.

Qeyd edək ki, müxalifətin namizədinin yaxın günlərdə keçiriləcək ittifaq danışıqlarından sonra müəyyənləşəcəyi gözlənilir.

Malik Atilay

 





06.03.2024    çap et  çap et