525.Az

Panamada qızılla bəzədilmiş 1300 illik məzar tapılıb


 

Panamada qızılla bəzədilmiş 1300 illik məzar tapılıb<b style="color:red"></b>

Mərkəzi Amerika ölkəsi Panamada 1300 ildən çox yaşı olduğu təxmin edilən məzar tapılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə Milli Direktoru Linette Monteneqro mətbuata verdiyi açıqlamada Kokle əyalətindəki El Kano arxeoloji sahəsində qazıntılar zamanı ispanlardan əvvəlki məzarın tapıldığını bildirib.

Monteneqro: "1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzar müəyyən etdik. Məzarda iki cəsəd, bir gəlinin cehiz əşyaları, bir az qızıl, keramika, beş sinə kəməri, qızıl muncuq, dörd qolbaq, sırğa, qızılla örtülmüş çanta və müxtəlif boyunbağılar tapılıb”, - deyib.

Monteneqro məzarın dövrün hökmdarına aid olduğunu proqnozlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.

Malik Atilay

 





06.03.2024    çap et  çap et