525.Az

Frankfurt hava limanı sabah sərnişinlər üçün bağlanacaq


 

Frankfurt hava limanı sabah sərnişinlər üçün bağlanacaq<b style="color:red"></b>

Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanını idarə edən "Fraport", təhlükəsizlik işçilərinin xəbərdarlıq tətili səbəbiylə sabah sərnişinlər üçün bağlanacağını açıqlayıb.

525.az xəbər verir ki, "Fraport"un verdiyi açıqlamada Frankfurt hava limanında təhlükəsizlik işçilərinin sabah tətil edəcəyi xatırladılıb və tətilin gün ərzində böyük axsamalara həmçinin uçuşların ləğvinə səbəb olacağı vurğulanıb.

Açıqlamada: "Təhlükəsizlik keçid məntəqələri bağlı qalacaq. Frankfurt hava limanından uçan sərnişinlər qanunla tələb olunan təhlükəsizlik yoxlamalarından keçə bilməyəcəklər. Bütün sərnişinlərə hava limanına gəlməməyi tövsiyə edirik", - deyə bildirilib.

Məhəmməd Tağıyev

 





06.03.2024    çap et  çap et