525.Az

İsrail işğalçı dövlətdir və öhdəlikləri var - Britaniya XİN


 

İsrail işğalçı dövlətdir və öhdəlikləri var - <b style="color:red">Britaniya XİN</b>

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailin Qəzzaya elektrik və su verməli olduğunu bildirib.

525.az xəbər verir ki, Lordlar Palatasının üzvü Kameron Britaniya parlamentinin yuxarı palatasında ölkəsinin xarici siyasəti ilə bağlı qiymətləndirmələr edib. Kameron uzun müddətdir Qəzzada aclıq və epidemiya xəbərdarlığı etdiklərini xatırladıb.

Kameron: "Bu tribunadan bir daha deməliyəm ki, İsrail işğalçı dövlətdir. Onların öhdəlikləri var. Qəzza ilə bağlı ən mühüm məsələ budur. Hər şeyə rəğmən Britaniya iki dövlətli həlli müdafiə edir", - deyib.

Məhəmməd Tağıyev

 





06.03.2024    çap et  çap et