525.Az

Ermənilərin növbəti oğurluğu - “Qasımuşağı” xalçaları


 

Ermənilərin növbəti oğurluğu -<b style="color:red"> “Qasımuşağı” xalçaları</b>

Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Laçın qrupuna aid məşhur “Qasımuşağı” xalçası növbəti dəfə sosial şəbəkələrdə erməni mədəniyyət nümunəsi kimi təqdim edilib.

Məsələ ilə bağlı Abadlıq.az saytına danışan Əməkdar rəssam, Azərbaycan Milli Xalça Muzeyinin eksperti Məmmədhüseyn Hüseynov qeyd edib ki, şəkildəki element Azərbaycanın Qarabağ növünə aid olan “Qasımuşağı” xalçasındandır: “Qasımuşağı” əvvəlcə Laçında bərqərar olub, sonra yavaş-yavaş bütün Qarabağa yayılıb. Bu çeşnə həm Laçında, həm Zəngilanda, həm də Cəbrayılda çox toxunub. Toxucu kənarlarına kəsik versə də, elementin səkkizbucaqlı olduğu aydın görünür.

Səkkizbucaq olan element tam şəkildə müsəlman-türk mədəniyyətinə aiddir. Bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Ortadakı isə Oğuz damğasıdır. Bu damğaya “Pıtraq”, “Əqrəb”, yaxud da “Qarmaqlı” deyirlər.  Bu elementin türklərə aid olması bütün dünyada qəbul edilir.

Ermənilər hər zaman Azərbaycan xalçalarını özlərininki kimi qələmə veriblər. Amma onlar simvollardan, mənşədən xəbərsizdir. Qoyunçuluq mədəniyyəti bizə aiddir, onlar həmişə donuz otarıblar. Nə yun tanıyıblar, nə də rəng. Belə mənimsəmə halları tez-tez olur. Biz də lazımi qaydada cavab veririk”, - deyə ekspert bildirib.

Laçında fəaliyyət göstərən “İslimi” xalça mərkəzinin rəhbəri Bəhmən Hacıyevin sözlərinə görə, “Qasımuşağı” xalçalarının toxunma ənənəsi bu gün də yaşadılır: “Bu xalçalar aktuallığını indi də qoruyub saxlayır. Təkcə azərbaycanlılar deyil, xaricilər də “Qasımuşağı” xalçasına böyük maraq göstərir. Xalçaçı-rəssam və toxucularımız tələbatı nəzərə alaraq sözügedən nümunəyə tez-tez müraciət edirlər. Öz fərqliliyi ilə seçilən “Qasımuşağı” Azərbaycan xalçaçılığında mühüm yer tutur”, - deyə o qeyd edib.

 





07.03.2024    çap et  çap et