525.Az

Seneqalda prezident seçkilərinin tarixi müəyyənləşdi


 

Seneqalda prezident seçkilərinin tarixi <b style="color:red">müəyyənləşdi</b>

Seneqalda prezident seçkiləri martın 24-də keçiriləcək. Namizədlərdən biri olan Baş nazir Amadu Ba seçki fəaliyyəti ilə əlaqədar vəzifəsini tərk edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabinetindən verilən yazılı açıqlamada seçkinin martın 24-də keçirilməsinə qərar verildiyi açıqlanıb.

Bildirilib ki, prezidentliyə namizəd olan Baş nazir Amadu Ba seçki fəaliyyəti ilə əlaqədar vəzifəsini tərk edib.

Banın yerinə daxili işlər naziri Sidiki Kaba Baş nazir təyin edilib.

Digər tərəfdən Milli Dialoq yığıncaqlarından sonra təyin olunan 2 iyun tarixi də Konstitusiya Şurası tərəfindən rədd edilib. Konstitusiya Şurası isə prezident seçkilərinin martın 31-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiya Şurası və Nazirlər Kabineti iki ayrı tarix elan etdikdən sonra hökumət mənbələri seçkinin martın 24-də keçiriləcəyini təsdiqləyib.

Malik Atilay

 





07.03.2024    çap et  çap et