525.Az

Dünyaca sevənlərə dünyada iki yaş var


 

Dünyaca sevənlərə dünyada iki yaş var<b style="color:red"></b>

QARDAŞXAN

 

Sən - olmayan şairin

                    yazılmayan şeirisən,

Sən qədər uca tutdu

                   Tanrı verdiyi vədi.

Ümidsizə sən elə

                   sonsuz ümid yerisən

Ən əlçatan yerdəsən

                   əlçatmazsan əbədi.

 

Gecə işıqlarında

        

         kəhkəşan su sayrışır,

Gölməçələr yağışla

                  sevişir damla-damla.

Heç xəyalıma gəlmir

                  nəinki yaxın düşüm,

Axan bir ulduz kimi

                  atan dırnağın olmaq.

 

Dünyaca sevənlərə

               dünyada iki yaş var,

"Yalnız ikicə yaş var,

                yalnız: həyat və ölüm".

Sən elə, elə varsan

               səninçün ölən yaşar,

Mən həyat yaşındayam,

               səndə neçədi, gülüm?

 





07.03.2024    çap et  çap et