525.Az

Kanada Fələstin tərəfdarı etirazlara müvəqqəti qadağa qoyur


 

Kanada Fələstin tərəfdarı etirazlara müvəqqəti <b style="color:red">qadağa qoyur</b>

Kanadanın Kvebek əyalətinin məhkəməsi Fələstinə dəstək verən qrupların Monrealda yəhudi təşkilatlarına məxsus binaların təxminən 50 metrliyində etiraz aksiyaları təşkil etmələrini müvəqqəti olaraq qadağan etmək qərarına gəlib.

525.az xəbər verir ki, Monrealdakı sinaqoq və yəhudi təşkilatı "Federation CJA" İsrailin Qəzzaya hücumlarına etiraz edən qruplarla İsrail tərəfdarları arasında yaranan qarışıqlığa görə məhkəməyə müraciət edib.

Belə ki, məhkəmə Fələstini dəstəkləyən qruplara yəhudi təşkilatlarına məxsus binaların təxminən 50 metrliyində etiraz aksiyaları təşkil etməyi müvəqqəti olaraq qadağan edib.

Qərara görə, 10 gün müddətində yəhudi təşkilatlarının binalarına yaxınlaşması qadağan edilən qruplar arasında "Müstəqil Yəhudilərin Səsi" (IJV), "Montreal4Palestine", "Monreal Fələstin Gənclər Hərəkatı" və "Alliance4Palestine" yer alıb.

Məhəmməd Tağıyev

 





07.03.2024    çap et  çap et