Çexiyanın Baş naziri Petr Fiala aprel və may aylarında Slovakiya ilə keçirilməsi planlaşdırılan hökumətlərarası məsləhətləşmələrin Slovakiyanın xarici işlər naziri Yuraj Blanar və rusiyalı həmkarı Sergey Lavrovun görüşünə görə ləğv edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Fiala Çexiya hökumətinin yaxın həftələrdə və ya aylarda Slovakiya ilə hökumətlərarası məsləhətləşmələr aparmağı məqsədəuyğun hesab etmədiyini bildirib.
Çexiya ilə Slovakiya arasında sıx əlaqələrdən xəbərdar olduğunu qeyd edən Fiala, bəzi mühüm xarici siyasət məsələlərində ciddi fikir ayrılıqlarının olduğunu gizlətməyin mümkün olmadığını vurğulayıb.
Qeyd edək ki, Fiala Slovakiya hökumətinin xarici siyasətlə bağlı bəzi fəaliyyətlərini problemli gördüklərini söyləyib.
Məhəmməd Tağıyev
çap et