ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
525.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada səfir Treysinin nazirliyə çağırıldığı və ABŞ-nin 3 qeyri-hökumət təşkilatının, yəni "Beynəlxalq Təhsil", "Mədəniyyət Perspektivləri üzrə Amerika Şurası" və "Beynəlxalq Təhsil İnstitutunun" arzuolunmaz təşkilatlar kimi tanındığı məlumatı verildiyi bildirilib.
Açıqlamada Rusiyada fəaliyyət göstərən bu təşkilatların səfirliyin dəstəyi ilə təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqram və layihələrinin həyata keçirilməsi üçün təsir agentləri cəlb etmək məqsədi daşıdığı iddia edilib.
Qeyd edək ki, bu təşkilatlara hər cür dəstəyin dayandırılması üçün səfirliyə bildiriş verilib.

Məhəmməd Tağıyev
çap et