525.Az

Mişel Obama Beyonsu ərindən üstün tutdu


 

Mişel Obama Beyonsu ərindən üstün tutdu<b style="color:red"></b> ABŞ prtezidenti Barak Obama həyat yoldaşı Mişel Obama ilə birgə xeyriyyə kompaniyasına qoşulub.
 
Lent.az-ın məlumatına görə, kimsəsiz uşaqların məktəb ləvazimatları ilə təmin edilməsi üçün başlanan kompaniya çərçivəsində onlar Vaşinqtondakı uşaq evlərindən birində olublar.
 
Tədbir zamanı prezidentlə görüşən məktəblinin arzusu isə hər kəsin gülüşünə səbəb olub. Azyaşlı qız Obamaya deyib ki, müğənni Beyonsu görməyi prezidentlə görüşməkdən üstün tutardı.

B.Obama isə vəziyyətdən çıxış yolu kimi qızları Malia və Saşanın da Beyonsa pərəstiş etdiyini desə də, xanımının cavabı hər kəsi heyrətləndirib:
 
"Əslində, mən də Beyonsu görməyi üstün tutardım".
 





18.09.2014    çap et  çap et