525.Az

“Bu şəhərdə kimsə yoxdur” - Yeni serial


 

“Bu şəhərdə kimsə yoxdur” - <b style="color:red"> Yeni serial</b>

Ötən həftə Xəzər TV-də “Bu şəhərdə kimsə yoxdur” serialının ilk bölümü yayımlandıqdan sonra serial sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

Serialı fərqləndirən və müzakirələrə yol açan əsas məqam müraciət olunan mövzulardır. Film-serialın “Qara niva” adlanan ilk bölümdə hazırda çox aktual olan məktəblərdə bullinq problemi, təəssüf ki, Azərbaycanda rekord statistikaya malik olan selektiv abort mövzusu, ailədaxili konfliktlərin, empatiya çatışmazlığının uşaqların psixologiyasına təsiri məsələsi ilə qarşılaşdıq.  

İlk bölümə əsasən, serialın ölkədə bullinq mövzusunu işıqlandıran və personajların timsalında çıxış yolları tapmağa çalışan ilk ekran işlərindən biri olduğunu deyə bilərik.

Ssenari müəllifi Rövşən Abdullaoğlunun sözlərinə görə, “bu serial insanlara şiddətə, sevgisizliyə ikrah, bullinqə qarşı mübarizlik hissləri aşılayacaq”.

Qeyd edək ki, serialda Birinci Qarabağ müharibəsindən sonra veteranların psixoloji vəziyyətinə, onların qarşılaşdığı sosial problemlərə də xüsusi yer ayrılacaq. 

Serial həftədə bir dəfə olmaqla cümə günü saat 22:00-da Xəzər TV-də yayımlanır.

 





08.03.2024    çap et  çap et