525.Az

Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil


 

Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil<b style="color:red"></b>

Makronun xüsusi nümayəndəsi: Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.

525 az "Report”-a istinadən xəbər verir ki, bunu Fransa Prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Çad dövlət başçısı Mahamat İdris Debi ilə danışıqlardan sonra deyib.

 

Xüsusi nümayəndənin sözlərinə görə, Fransa hökuməti regionda təhlükəsizlik sisteminin uyğunlaşdırılması üçün Çad hakimiyyəti ilə əməkdaşlığa hazırdır.

 

O qeyd edib ki, Fransa Çadda qalmalıdır və qalacaq.

Xatırladaq ki, bu Afrika ölkəsində hazırda minə yaxın fransalı hərbçi var.

 





08.03.2024    çap et  çap et