525.Az

Naxçıvanda vergi daxilolmaları 35 % artıb


 

Naxçıvanda vergi daxilolmaları 35 % artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 30,2 milyon manat vergi daxil olub.

Muxtar Respublikanın Dövlət Vergi Xidmətindən 525.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 34,9 % və ya 7,8 milyon manat çoxdur.

Muxtar Respublikada qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 % və ya 7,7 milyon manat artıb.

 





09.03.2024    çap et  çap et