ABŞ ordusu, davam edən fövqəladə vəziyyət səbəbindən Haitidəki Amerika səfirliyinin bəzi personalını hava yolu ilə təxliyə edib və diplomatik korpusda təhlükəsizliyi gücləndirib.
525.az “Report”-a istinadən xəbər verir ki, səfirlik əməkdaşlarının təxliyə edildiyi hərbi təyyarənin göyərtəsində Haiti vətəndaşı olmayıb.
Bəyanatda bildirilib ki, ABŞ-ın Haitidəki səfirliyi Vaşinqtonun Haiti xalqına və ölkənin milli polisinə dəstək və azad seçkilərin keçirilməsinə şərait yaratmaq səylərini inkişaf etdirməyə sadiqdir.
çap et