525.Az

Sankt-Peterburqdakı Pulkovo aeraportunda məhdudiyyətlər tətbiq edilib


 

Sankt-Peterburqdakı Pulkovo aeraportunda məhdudiyyətlər tətbiq edilib<b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

525.az “Report”-a istinadənxəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün 10 mart (bazar günü - Qeyd) Moskva vaxtı ilə saat 17:00-dan etibarən Pulkovo hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Qeyd olunub ki, hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər.

 





10.03.2024    çap et  çap et