525.Az

“Ukrayna ağ bayraq qaldırmayacaq”


 

“Ukrayna ağ bayraq qaldırmayacaq”<b style="color:red"></b>

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq.

525.az APA -a istinadən xəbər verir ki, ukraynalı nazir bunu “X” sosial şəbəkəsində yazıb.

“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”, - deyə Kuleba qeyd edib.

Ukraynanın baş diplomatı sülh üçün etdiyi dualara görə Papaya minnətdarlığını bildirib və onu Ukrayna xalqını dəstəkləməyə çağırıb.

 





10.03.2024    çap et  çap et