525.Az

Almaniya Kansleri Qəzzada bir aylıq atəşkəs təklif edib


 

Almaniya Kansleri Qəzzada bir aylıq atəşkəs təklif edib<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şolts müqəddəs Ramazan ayı ərzində Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsinin vacibliyini açıqlayıb.

525.az bu barədə “Report”-a istinadən məlumat yayıb.

“Yaxşısı Ramazan ayında atəşkəsə nail olmaqdır. Belə bir atəşkəs nəhayət, israilli girovların azad edilməsinə və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verməlidir”, - Şolts bildirib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından etibarən Yaxın Şərqdə HƏMAS-la İsrail arasında müharibə gedir.

 





10.03.2024    çap et  çap et