525.Az

Cənubi Koreyada qayıq batdı: 4 ölü, 5 itkin


 

Cənubi Koreyada qayıq batdı: <b style="color:red">4 ölü, 5 itkin</b>

Koreya Respublikasının Tonqyeonq sahillərində 9 ekipaj üzvü olan balıqçı qayığının batması nəticəsində 4 ekipaj üzvünün öldüyü, 5 nəfərin isə axtarıldığı açıqlanıb.

525.az xəbər verir ki, Cənubi Koreyanın sahil şəhəri Tonqyeonq sahillərində üzən balıqçı qayığı naməlum səbəbdən aşıb. Koreya Sahil Mühafizə Qüvvələrindən verilən açıqlamada dünən səhər saatlarında baş verən qəzadan sonra 2-i Cənubi Koreyalı, 7-i İndoneziyalı 9 ekipaj üzvünün tapılması üçün axtarış-xilasetmə işi aparıldığı bildirilib. 20 xilasedici qayıq və 4 təyyarənin dəstəyi ilə aparılan işlər zamanı Koreyalı kapitanın və 3 İndoneziyalının cəsədi tapılıb.

İtkin düşən 5 nəfərin axtarışları bu gün də davam edərkən, batan 20 tonluq qayığın dənizdən çıxarılacağı öyrənilib.

Məhəmməd Tağıyev

 





11.03.2024    çap et  çap et