ABŞ Prezidenti Co Bayden Ramazan ayı ilə bağlı yazılı açıqlama verib.
525.az xəbər verir ki, bütün müsəlmanların müqəddəs günlərini qeyd etdiyini bildirən Bayden, Qəzzada yaşanan iztirablardan xəbərdar olduğunu bildirib.
Bayden açıqlamasında: "Qəzzadakı müharibə Fələstin xalqına dəhşətli iztirablar gətirdi. Əksəriyyəti mülki vətəndaşlardan ibarət 30 mindən çox fələstinli, o cümlədən minlərlə uşaq öldürüldü. ABŞ girovların azad edilməsi sazişinin bir hissəsi kimi ən azı 6 həftə davam edəcək atəşkəsə nail olmaq üçün yorulmadan çalışacaq", - deyib.
Məhəmməd Tağıyev
çap et