İsveçrə polisi Alp dağlarında itkin düşən 5 xizəkçinin cəsədinin tapıldığını bildirib.
525.az xəbər verir ki, xizək qrupu 3706 metr yüksəklikdəki Tete Blanche dağının yaxınlığında itdikdən sonra şənbə günü axtarış-xilasetmə əməliyyatına başlanılıb. Qrup İsveçrə-İtaliya sərhədindəki Arolla istiqamətində xizək turu üçün yola düşmüşdü.
İsveçrənin Valais polisindən verilən açıqlamada altı xizəkçidən beşinin yerli vaxtla saat 21:20-də cansız halda tapıldığı bildirilib.
Qeyd edək ki, Alp dağlarında bir neçə gündür güclü küləklər əsib, son 24 saat ərzində isə güclü qar yağıb.
Məhəmməd Tağıyev
çap et