525.Az

ABŞ və İordaniya Qəzzanın şimalına ərzaq yardımı göndərib


 

ABŞ və İordaniya Qəzzanın şimalına ərzaq yardımı göndərib<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzza zolağının şimalına 11500 hissə yemək dəyərində humanitar yardım göndərdiklərini açıqlayıb.

525.az xəbər verir ki, CENTCOM-un "X" hesabında edilən açıqlamada İordaniya Hərbi Hava Qüvvələri ilə birgə həyata keçirilən əməliyyat çərçivəsində dünən yerli vaxtla saat 14:07-də Qəzzanın şimalına havadan humanitar yardım endirildiyi bildirilib.

Açıqlamada Qəzzada mülki vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün hava yardımı edildiyi, ərzaq yardımının 11500 hissə yeməyə bərabər olduğu vurğulanıb.

Məhəmməd Tağıyev

 





11.03.2024    çap et  çap et