525.Az

96-cı "Oskar" mükafatı qalibləri açıqlanıb


 

96-cı "Oskar" mükafatı qalibləri açıqlanıb<b style="color:red"></b>

Kino dünyasının ən möhtəşəm şousu bu il 96-cı dəfə təşkil olunub. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən verilən "Oskar" mükafatları Los-Ancelesdəki Dolby Teatrında sahiblərinə təqdim edilib.

Hollivud məşhurlarının axın etdiyi mərasimin həmişə olduğu kimi rəngarəng olub. Ulduzlar aylar öncədən hazırladıqları libasları ilə bir-bir qırmızı xalçaya çıxıblar.

"Oppenheimer" filmi "Oskar"da iz buraxıb. 13 kateqoriya üzrə "Oskar"a namizəd olan "Oppenheimer" ən yaxşı film də daxil olmaqla 7 mükafat alıb.

Cillian Murphy filmdəki roluna görə "ən yaxşı aktyor" mükafatını qazanıb. "Ən yaxşı rejissor" mükafatı Kristofer Nolana verilib. "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" “Kasıblar” filmindəki roluna görə Emma Stouna layiq görülüb.

Malik Atilay

 





11.03.2024    çap et  çap et