525.Az

Zelenski: Ukraynalılar rusların Avropaya keçməsinə icazə vermirlər


 

Zelenski: Ukraynalılar rusların Avropaya keçməsinə icazə vermirlər<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalıların Rusiya ordusunun Avropaya doğru irəliləməsinə imkan vermədiyini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə paylaşdığı videomüraciətində xalqa müraciət edən Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Zelenski çıxışında bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını davam etdirir.

Ukrayna hava məkanının təhlükəsizliyini artırmaq üçün işlərini davam etdirdiklərini bildirən Zelenski: "Ukraynada daha çox hava hücumundan müdafiə sistemi olacaq, bunun üzərində aktiv şəkildə işləyirik", - deyib.

Malik Atilay

 





11.03.2024    çap et  çap et