Fələstin tərəfdarları Los-Ancelesdə 96-cı "Oskar" mükafatlandırma mərasiminin keçirildiyi Dolby Teatrının qarşısına toplaşaraq Qəzzada təcili atəşkəs üçün nümayiş keçiriblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində təşkil edilən mükafatlandırma mərasimindən əvvəl şəhərin mərkəzindəki mərasim salonu Fələstinə dəstək nümayişinə şahidlik edib.
Fələstin bayraqları daşıyan nümayişçilər “Azad Fələstin” və “Qəzzada dərhal atəşkəs” kimi şüarlar səsləndirərək, bölgədə atəşkəs tələb ediblər.
Qeyd edək ki, mərasimin keçirildiyi Dolby Teatrının qarşısındakı nümayişə görə nəqliyyatın hərəkəti dayandırılıb, polis ərazidə təhlükəsizlik tədbirləri görüb.
Malik Atilay
çap et