Baş nazir Ariel Henri Haitidə quldur dəstələrinin törətdiyi zorakılıq və gərgin etirazlardan sonra tutduğu vəzifədən istefa verib.
525.az xəbər verir ki, Qayana Prezidenti və Karib Hövzəsi İcmasının (CARICOM) sədri İrfan Əli açıqlamasında: "Haitidə müvəqqəti prezident şurasının yaradılması və müvəqqəti baş nazirin təyin edilməsi barədə razılıq əldə edildikdən sonra baş nazir Ariel Henrinin istefasını qəbul etdik", - deyib.
Qeyd edək ki, CARICOM-a üzv olan 25 ölkənin dövlət başçıları Haitidəki təhlükəsizlik böhranını müzakirə etmək üçün Yamaykanın Kinqston şəhərində fövqəladə toplantı keçirib.
Məhəmməd Tağıyev
çap et