Pakistanın Pəncab əyalətində 3 mərtəbəli binanın uçması nəticəsində 9 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, əyalət rəsmiləri açıqlamasında Pəncabın Multan şəhərində 3 mərtəbəli binanın uçduğunu bildirib.
Belə ki, səlahiyyətlilər çökən binanın dağıntılarının ətrafdakı binaların üzərinə düşdüyünü qeyd edərək, dağıntılar altında qalan 11 nəfərdən 9-nun həyatını itirdiyini, 2-nin isə yaralandığını bildirib.
Məhəmməd Tağıyev
çap et