525.Az

ABŞ Qırmızı dənizdə 6 müdafiə hücumu həyata keçirib


 

ABŞ Qırmızı dənizdə 6 müdafiə hücumu həyata keçirib<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizdə husilərin nəzarətində olan bölgələrə 6 müdafiə hücumu həyata keçirdiklərini açıqlayıb.

525.az xəbər verir ki, CENTCOM "X" sosial media platformasında edilən müdafiə hücumları ilə bağlı açıqlama verib.

Açıqlamada CENTCOM-un dünən yerli vaxtla saat 14:50-23:30 arasında Qırmızı dənizdə husilərin nəzarətində olan bölgələrə 6 müdafiə hücumu həyata keçirdiyi bildirilib. Həmçinin hücumda pilotsuz sualtı gəminin və 18 gəmi əleyhinə raketin hədəf alındığı vurğulanıb.

Qeyd edək ki, sözügedən silahların bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün qabaqcıl təhlükə olduğu deyilib.

Məhəmməd Tağıyev

 





12.03.2024    çap et  çap et