Fransa Baş Nazirlik Ofisi nazirliklər də daxil olmaqla bir çox dövlət qurumlarının görünməmiş intensivlikdə kiberhücumlara məruz qaldığını açıqlayıb.
525.az xəbər verir ki, Baş Nazirlikdən verilən açıqlamada bəzi dövlət qurumlarının 10 martdan etibarən kiberhücumların hədəfinə çevrildiyi bildirilib. Açıqlamada oxşar texniki vasitələrdən istifadə etməklə həyata keçirilən hücumların görünməmiş intensivlikdə olduğu bildirilib. Bu hücumların zərərsizləşdirilməsi üçün əks tədbirlərin aktivləşdirildiyi, bir çox saytın təmir edildiyi vurğulanıb.
Qeyd edək ki, hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekoloji Keçid Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi yer alıb.
Məhəmməd Tağıyev
çap et