İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağına Mərakeş ilk dəfə hava yardımı çatdırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindəki mənbə Rabat rəhbərliyinin Təl-Əvivə və Qəzza zolağının şimalına humanitar yardım təyyarələri göndərilməsini tələb etdiyini bildirib. Bu tələb İsrail tərəfindən müsbət qarşılanıb.
Bunun üzərinə Rabat rəhbərliyi İsrail hökumətiylə koordinasiyalı şəkildə yardım materialları ilə dolu Mərakeş Silahlı Qüvvələrinə aid 6 hərbi təyyarəni Qəzzaya göndərib.
Qeyd edək ki, xəbərdə mövzu ilə bağlı ətraflı məlumat verilməyib.
Malik Atilay
çap et